“Reproduktiv sağlamlıq” mövzusunda tədbir keçirilib

11 fevral 2016

Paylaş:

Fevralın 11-də Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi “Reproduktiv sağlamlıq” mövzusunda tədbir keçirib.

İştirakçıların əksəriyyətinin evdar qadınlar təşkil etdiyi tədbirdə çıxış edən həkim mama-ginekoloq reproduktiv sağlamlıq, ailə planlaşdırılması, cinsiyyətə görə spontan abortlar və onların insan orqanizmində yaratdığı fəsadlar haqqında danışıb.

Çıxış edən digər qonaqlar reproduktiv sağlamlığa təsir edən sair faktorlar-erkən nikah, zərərli vərdişlər, cinsi və psixoloji zorakılıq barədə məlumat verib, mövzu haqqında öz təklif və fikirlərini bildiriblər.