“Ailə büdcəsinin idarə olunması” istiqamətində maarifləndirmə tədbiri

16 mart 2016

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gender və uşaqlara qarşı zorakılıq üzrə yaradılmış monitorinq qrupunun üzvlərinin təlimatlandırılması və “Ailə büdcəsinin idarə olunması” istiqamətində maarifləndirmə işinin aparılması məqsədilə  16 mart 2016-cı tarixində saat 11:00 da Hacıqabul rayonu Heydər Əliyev Mərkəzində təlim seminar keçiriləcəkdir.   Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, AQUPDK-nin, Komitənin nəznində fəaliyyət göstərən Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin və ictimaiyyət nümayəndələrinin  iştirakı nəzərdə tutulur.

Tədbirin geniş şəkildə işıqlandırılması üçün bütün KİV nümayəndələrini əməkdaşlığa dəvət edirik.