“Erkən nikah”

7 aprel 2016

Paylaş:

Aprelin 7də Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən  S.Vurğun adına 3 saylı şəhər orta məktəbində   yuxarı  sinif şagirdlərinin iştirakı ilə “Reproduktiv saqlamlıq” və “Erkən nikah” mövzusunda dəyirmi masa keçirildi.  Dəyirmi masada Mərkəz əməkdaşı uşaqlara reproduktiv sağlamlıq mövzusunda geniş məlumat verdi, yetkinlik dövrlərini sağlam, məlumatlı, zərərsiz keçirtmələri üçün düzgün istiqamətlənmələrinə səy göstərdi. Zərərli vərdişlərin, düzgün olmayan həyat tərzinin, yoluxucu xəstəliklərin, birbaşa onların reproduktiv sağlamlıqlarına zərər vurduğunu uşaqlara aşılamağa çalışdı. Uşaqlara həmçinin erkən nikahın onların təhsilində, fiziki və psixoloji sağlamlığında yaratdığı fəsadlar barədə ətraflı məlumat verildi.