Sabirabadda “Erkən nikah və onun fəsadları” adlı maarifləndirici tədbir keçirildi

18 iyul 2016

Paylaş:

İyunun 16-da Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi “Erkən nikah və onun fəsadları” adlı maarifləndirici tədbir keçirmişdir.

Tədbirdə iştirakçılara erkən nikahın nə olduğu, onun yaratdığı fəsadlar, qarşısının alınması yolları barədə məlumat verilmişdir. Həmçinin iştirakçılara erkən nikah faktının aşkarlandığı zaman Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzalar barədə məlumat verilmiş, qadının savadlı olmasının vacibliyi vurğulanmışdır.