16 -19 Yanvar 2014-cü il tarixlərdə bütün Uşaq və Ailələrə Dəstək Mərkəzlərində 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə bağlı tədbirlər keçirilmişdir

20 yanvar 2014

Paylaş:

16 -19 Yanvar 2014-cü il tarixlərdə bütün Uşaq və Ailələrə Dəstək Mərkəzlərində 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə bağlı tədbirlər keçirilmiş, eyni zamanda,  toplantılar, dəyirmi masalar, mühazirələr təşkil olunmuşdur. Mərkəzlərdə faciəyə həsr olunmuş tamaşalar, bədii və sənədli filmlər, videoçarxlar nümayiş olunmuş, esse və şer müsabiqələri, ədəbi – bədii kompozisiyalar həyata keçirilmişdir.

Mərkəzlərin əməkdaşları yanvarın 20 – də törədilən faciəli hadisələr haqqında söhbət açıb, iştirakçılara geniş məlumat verdilər.
Tədbirlər zamanı SSRİ-yə məxsus hərbi birləşmələrin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı törətdiyi cinayət və Azərbaycan xalqının öz azadlığı uğrunda göstərdiyi şücaət haqqında iştirakçılara geniş məlumat verilmişdir.
Həmçinin qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair məlum dörd qətnaməsinə baxmayaraq, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı bu gün də davam edir və beynəlxalq birlik təcavüzkara qarşı hər hansı bir tədbir görmür.

Tədbirlərdə Mərkəzlərdən  bəhrələnən uşaqlar və onların valideynləri, məktəblilər, təhsil və səhiyyə işçiləri, yerli idarəetmə orqanlarının  və  əlaqədar təşkilatların nümayəndələri, ümumilikdə 550 nəfər iştirak etmişdir.