“Uğurlu peşə seçimi” mövzusunda təlim başa çatıb

13 oktyabr 2016

Paylaş:

12-13 oktyabrda Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi Qəbələ şəhər 4  saylı  orta  məktəbdə yuxarı  sinif  şagirdləri  üçün  “Uğurlu  peşə  seçimi”  mövzusunda   psixoloji məşğələ   keçirib.

Məşğələdə şagirdlərin uğurlu  peşə  seçimi  və  özlərinə inam yaratmaq  məqsədilə   seminar, testlər, musiqi terapiyası, meditasiya, güzgü  oyunu  terapiyası  aparılıb.

Sonda  şagirdlərin   təlim  nəticəsində  əldə  etdikləri   özünə  inama  əsaslanan  test   keçirilib və əldə  etdikləri məlumatlar barədə  fikirləri  öyrənilib.