Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Mənim asudə vaxtım” adlı əyləncəli şənlik- tədbir keçirilmişdir

25 iyul 2016

Paylaş:

İyulun 25-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı  ilə mərkəzin Uşaq və Gənclər klubunun üzvlərinin iştirakı ilə  “Mənim asudə vaxtım” adlı  əyləncəli  tədbir  keçirilmişdir.

 Tədbirdə mərkəzdən  bəhrələnən aztəminatlı ailələrin uşaqları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar  iştirak edirdi. Tədbirdə qeyd  edilmişdir ki,  hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına  və qabiliyyətinə uyğun olaraq  istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər, onları əvəz edən digər şəxslər müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısını alan tədbirlər görməlidirlər. Mərkəzin belə tədbirin keçirilməsində məqsədi uşaqlara diqqətin artırılması və uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.

Heç bir uşağı diqqətdən kənarda qoymaq olmaz. Belə əyləncəli tədbirlər həm uşaqlarda olan istedadı, qabiliyyəti üzə çıxarır, həm də hər bir uşağa fərdi yanaşmaq imkanı verir. Tədbirdə uşaqlar üçün viktorinalar  təşkil olundu. Sonda əyləncəli viktorinalarda yaxından iştirak edən  uşaqlara hədiyyələr verildi.