İnsan alverinə yox deyək !
Paylaş:
19 iyun 2015-ci il tarixində Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi “İnsan alverinin qurbanlarına çevrilməyək” adlı dəyirmi masa təşkil etmişdir. Tədbirin keçirilməsində məqsəd insan alverinin qurbanı olan uşaqların təhsillərini davam etdirmək imkanlarının təmin edilməsi və onların müvəqqəti yaşadığı yer üzrə ümumi orta təhsil müəssisəsinə qəbul edilməsi idi.
Mövzu ilə bağlı qısametrajlı filmlərin nümayişi ilə açılan tədbirdə əsasən qadınlar iştirak etmişdir. Çıxış edən şəxslər uşaqları və qadınları insan alverinin qurbanı olmaqdan qorumaq, uşaqların təhsillərini davam etdirmələrinə yardım etmək və insan alverinə şərait yaradan halların müəyyən edilməsindən danışdılar. Tədbirdə qadınlara öz hüquqlarını necə qorumağı və hüquqlarının pozulması halları ilə rastlaşarlarsa vəziyyətdən çıxmağın yolları izah edildi. Tədbirin sonunda qadınlara bəzi tövsiyyələr verildi, maarifləndirici materiallar, lifletlər paylanıldı. Sonda qadınlara müasir dövrdə diqqətli olmaq, özünün və ailə üzvlərinin hüquqlarını bilmək, eyni zamanda bu hüquqları qorumağı bacarmaq tövsiyyə edilmişdir.