“Mən Dizaynerəm” adlı tədbir keçirilib
Paylaş:
İyulun 8-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəznində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində məişət tullantılarından düzəldilmiş modellər və əl işlərinin nümayişinin təşkili məqsədi ilə “Mən Dizaynerəm” adlı tədbir keçirilib. Tədbirdə UADM-nin xidmətlərindən bəhrələnən uşaqlar və rayon məktəbliləri iştirak ediblər.
Məktəblilərin yay tətillərinin səmərəli keçirmələri məqsədi ilə təşkil edilən tədbirdə uşaqlar topladığı məişət tullantılarından və lazımsız əşyalardan hazırladıqları modelləri nümayiş etdiriblər.