“Mənim hüquqlarım” adlı tədbir keçirdi

2 noyabr 2015

Paylaş:

Noyabrın 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəznində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin işçi heyəti uşaq aylığı çərçivəsində “Mənim hüquqlarım” adlı tədbir keçirib.

Tədbirdə Göygöl rayon İcra Hakimiyyətinin nümayəndəsi, Göygöl Polis şöbəsinin azyaşlılarla iş üzrə inspektoru, təhsil şöbəsinin metodistləri və mərkəzdən bəhrələnən aztəminatlı ailələrin uşaqları iştirak edib.

Tədbirdə uşaqların problemləri və hüquqları haqqında fikri mübadiləsi aparılıb.