Mənim hüquqlarım – İnşa müsabiqəsi

1 iyun 2016

Paylaş:

İnsan Hüquqları aylığı ərəfəsində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi  tərəfindən rayonun bir neçə köçkün qəsəbəsində və orta məktəblərində bir sıra maarifləndirici tədbirlər, görüşlər, “Hüquqlarımızı  bilək” adlı yığıncaqlar, İnsan hüquqları, Qadın hüquqları və Uşaq hüquqları mövzularında yeniyetmələrlə təlimlər keçirilərək, İnsan hüquqları və Uşaq hüquqları haqqında təbliğat aparılmışdır.

Sərhədyanı kənd məktəblərində isə “Mənim hüquqlarım”-adlı İnşa müsabiqəsi keçirilmişdir. Əhmədağalı və Sarıcalı tam orta məktəblərindən 14 nəfər şagird müsabiqədə iştirak edərək öz hüquqlarından bəhs etmiş, müharibə zamanı pozulmuş uşaq hüquqlarından inşalar yazmışdırlar.

Müsabiqə qalibi olmuş 2 şagirdə mərkəz tərəfindən hədiyyələr və fəxri fərmanlar verilmişdir. Həmin qalib uşaqların inşalarının yerli mətbuatda dərc olunması isə uşaqları daha da sevindirərək, gələcək təhsil illərində daha yaxşı oxumalarına stimul vermişdir.