“Kaspi” təhsil mərkəzi ilə birgə xeyriyyə aksiyası keçirildi

1 iyun 2016

Paylaş:

İyun ayı ərzində “Kaspi” təhsil mərkəzinin 4-6 yaşarası uşaqların məktəbəqədər hazırlığı ilə məşğul olan “Kaspi Kids” şöbəsi fəaliyyətə başladığı vaxtdan sosial yönümlü bir sıra layihələr həyata keçirmişdir.

Beləki, “Kaspi Kids” azyaşlı uşaqların hazırlığı ilə məşğul olan bir müəssisə olaraq məhz uşaqlara xeyriyyə hissinin aşılanması, onlarda paylaşmaq, bölüşmək kimi keyfiyyətlərin formalaşdırılması məqsədilə xeyriyyə aksiyası keçirmiş və Mingəçevir, Bərdə şəhərlərində yerləşən “Uşaq və ailələrə dəstək” mərkəzləri ilə birgə Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi də bu kampaniyaya qoşulmuşdur.

25 may – 1 iyun tarixləri arasında “Mən oyuncağımı paylaşıram” adlı xeyriyyə kampaniyasında məhz “Kaspi Kids” də təhsil alan usaqların və onların valideynlərinin dəstəyi ilə toplanılan oyuncaqların kimsəsiz uşaqlara, o cümlədən aztəminatlı ailələrin uşaqlarına paylanılmasına başlanılmışdır. Mərkəz “Kaspi Kids” şöbəsi tərəfindən göndərilən oyuncaq hədiyyələrini 25 aztəminatlı köçkün ailəsindən olan xüsusi qayğıya ehtiyaclı uşaqlar arasında bölüşmüşdür.

Uşaqların valideynləri göstərilən bu diqqətə görə həm Mərkəzə və həm də “Kaspi” təhsil şirkətinə təşəkkür etmişlər.