“Mən sülh istəyirəm”

26 avqust 2016

Paylaş:

26 avqust 2016-cı il tarixində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin xidmətlərindən bəhrələnən bir qrup xüsusi qayğıya ehtiyacı olan uşaqlar “Sülh aylığı” münasibətilə asfalt üzərində “Mən sülh istəyirəm” mövzusunda rəsm çəkdilər. Uşaqlardan Aytac Həsənova öz fikrini bildirərək deyib: “Bizim işimiz ancaq oynamaq, asudə vaxtımızı şən keçirmək, təhsil almaq və valideynlərimlə müharibəsiz şəraitdə yaşamaqdır. Mən sülh tərəfdarıyam. Valideynlərimizin müharibələrdə həlak olmasını istəmirəm. Bir daha öz torpaqlarımızda köçkün kimi yaşamaq istəmirəm. İstəyirəm ki düşmən tapdağında olan bütün torpaqlarımız azad olsun və mən də öz doğma yurd-yuvamıza qayıtmaq istəyirəm.” Hərbiçi övladı Nihat isə bildirib ki, mən öz sakit, rəngarəng dünyamda dostlarımla sevimli oyunlarımı oynamaq , sevimli oyuncaqlarımla şənlənmək istəyirəm. Bir daha bombalarin səsinə oyanıb təlaş keçirmək istəmirəm.” Uşaqlar həmin gün həvəslə günəş, göyərçin, şənlənən uşaqlar mövzularında şəkillər çəkib sülh carçısı olmağa çalışdılar. Tədbirin sonunda uşaqlar mərkəzin kollektivi ilə “Sülh aylığı”na həsr olunmuş stend ətrafında xatirə şəkili çəkdirdilər.