İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi əhali, xüsusilə də uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi məqsədilə tədbirlər həyata keçirir
Paylaş:
Mərkəz cari ilin aprel- iyun aylarında şəhər 1 saylı tam orta məktəbində, Cülyan kənd tam orta məktəbində, 3 saylı uşaq baxçası-körpələr evində və Rayon Təhsil şöbəsi ilə birgə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində məktəblilərin iştirakı ilə icma dinləmələri təşkil etmişdir. Tədbirlərdə zərərli vərdişlərdən, xüsusilə siqaret və narkotikin insan orqanizmində yaratdığı fəsadlardan, sağlam həya tərzinin formalaşmasında insanın şəxsi iradəsinin, ailənin, cəmiyyətin və idmanın əhəmiyyətindən bəhs edilmişdir. Tədbir iştirakçılarına “Asılı olma, azad ol”, “Həyata gülümsə”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı bukletlər paylanmışdır.