“Böyük vətən Müharibəsində Qadınların Roluna həsr olunmuş Beynəlxalq Elmi-Praktik Konfrans”

23 aprel 2015

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Respublika Veteranlar Şurası ilə birgə 1941-45 ci illər Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyi münasibətilə 23 aprel 2015-ci il tarixində “1941-45-ci illər Böyük vətən Müharibəsində Qadınların Roluna həsr olunmuş Beynəlxalq Elmi-Praktik Konfrans” və “İgid oğullarla bir cərgədə” Ensiklopedik toplunun təqdimatını keçirilib.

Konfransın keçirilməsində məqsəd Böyük Vətən müharibəsində ön və arxa cəbhələrdə qəhrəmanlıq göstərmiş, müharibə illərinin bütün məşəqqətlərini,ağrı acılarını zərif çiyinlərində daşıyan qələbənin qazanılmasında əhəmiyyətli rol oynamış qadınlarımızın rolunu qiymətləndirməkdir.

Konfransda “İgid oğullarla bir cərgədə” Ensiklopedik toplunun təqdimatı olundu. Kitab1941-45 ci illər Böyük Vətən Müharibəsində ön və arxa cəbhələrdə qəhrəmanlıq göstərmiş Azərbaycanda yaşayan veteran qadınlardan bəhs olunur.

Konfransda dövlət və qeyri hökumət təşkilatlarının nümayəndələri, Leninqrad blokadasının iştirakçıları, böyük vətən müharibəsi veteranları, əmək  veteranları iştirak etmişdir.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Böyük Vətən müharibəsində Azərbaycanın igid, mərd oğulları ilə yanaşı, qadınların və qızların da qəhrəmanlıq göstərdiklərini, ön və arxa cəbhədə, hətta dövlət işlərində yaxından iştirak etdiklərini bildirıb, faşizm üzərində qələbədə onların özünəməxsus rolunu vurğulayıb.Böyük Vətən müharibəsi illərindən danışan A.Əlizadə görkəmli alim, neft-kimya elminin banilərindən biri, akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında kimyaçı alimlərın faşizm üzərində tarixi qələbəyə verdiyi töhfələrdən bəhs edib. Eyni zamanda İnsan Hüquqları üzrə Müvəkkil, Ombudsman Elmira Süleymanova, millət vəkili Ziya Səmədzadə,  AMEA-nın Humanitar elmlər bölməsinin akademik katibi Teymur Kərimli, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun şöbə müdiri Rəna Mirzəzadə, “İgid oğullarla bir cərgədə” adlı ensiklopedik Toplunun müəllifi Sabir Gəncəli-Məmmədov, Respublika Veteranlar Təşkilatının sədri Dadaş Rzayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı  Aynur Veysəlova, Leninqrad blokadasının iştirakçısı İrina Kadımova və digər şəxslər çıxış etdilər. Onlar Böyük Vətən müharibəsində ön və arxa cəbhələrdə qəhrəmanlıq göstərmiş Azərbaycanda yaşayan veteran qadınların rolundan danışdılar. Qeyd olunudu ki, qələbə uğrunda vuruşan, şəhid olan insanların xatirəsi əbədi olaraq yaddaşlarda yaşayır, onların şərəfli həyat yolu gənc nəslə nümunədir. Sonda Böyük Vətən müharibəsi iştirakçıları mükafatlandırıldı və onlara diplomlar təqdim olundu.