Xətai rayonunda yerləşən 56 nömrəli tam orta məktəbdə tədbir keçiriləcək

12 iyun 2017

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2016-cı ildən həyata keçirilən “Mən həyatı seçirəm” adlı maarifləndirmə layihəsi cari ildən etibarən Təhsil Nazirliyinin dəstəyi ilə orta məktəblərdə də davam etdirilir. Orta məktəblərin yuxarı sinif şagirdləri və məktəblərdə təhsil alan uşaqların valideynləri ilə birgə təşkil olunan 2 hissəli görüşlərdə, Komitə əməkdaşları tərəfindən layihəni əhatə edən mövzular ətrafında təqdimatlar və “Azərbaycan ailəsi” film festivalına təqdim olunan mövzuya uyğun filmlər nümayiş olunur, müzakirələr aparılır, sonda məktəblərin kitabxanasına Komitə tərəfindən hazırlanmış və çap edilmiş maarifləndirmə vəsaitləri, kitablar təqdim edilir.

Layihə çərçivəsində növbəti tədbirin 13 aprel 2017-ci il tarixində saat 12:00-da Xətai rayonunda yerləşən 56 nömrəli tam orta məktəbdə keçirilməsi nəzərdə tutulub. Tədbirdə Komitə əməkdaşlarının (psixoloq və hüquqşünas qismində), valideynlərin və məktəbin yuxarı sinif şagirdlərinin iştirakı planlaşdırılır.