Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Oğuzda vətəndaşları qəbul edib
Paylaş:
Dövlət Komitəsinin sədri Hicran Hüseynova iyunun 22-də Oğuz şəhərində, rayon təhsil şöbəsinin binasında Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciət və təkliflərini dinləyib.
Qəbul zamanı müraciətlər əsasən qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı olub. Müraciətlərin bir qismi yerindəcə həll edilib, bəziləri isə araşdırılmaq üçün nəzarətə götürülüb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərlə əlaqədar vətəndaşlara hərtərəfli izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Sonra Dövlət Komitəsinin sədri Hicran Hüseynova Oğuz rayonunun fəal qadınları ilə görüşüb. Görüşdə rayonda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Komitə sədri respublikamızda dövlət qadın siyasətinin prioritet istiqamətlərindən söhbət açıb, qadınları maraqlandıran sualları cavablandırıb.