Xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi-satış təşkil edilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqlar arasında bərabər imkanlar yaratmaq və onların iştirak hüququnun təmin edilməsi istiqamətində Bakı Fond Birjasının təşəbbüsü ilə iyunun 16-da xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi-satış təşkil edib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva və Bakı Fond Birjasının idarə heyətinin sədri Vüqar Namazov tədbirin xeyriyyəçilik məqsədilə yanaşı, uşaqların cəmiyyətə inteqrasiyasında böyük önəm daşıdığını qeyd edibıər.
Tədbirdə Zaqatala, İsmayıllı, Ağsu, Qəbələ, Ağdam və Xəzər rayonundan olan on üç xüsusi qayğıya ehtiyaclı uşaqların iki yüzdən çox əl işləri nümayiş edilib və satışı təmin edilib.
Tədbirdə, həmçinin, uşaqlara Bakı Fond Birjası tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.