“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir

10 fevral 2017

Paylaş:

Fevralın 10-da Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi, fevralın 14-də Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirilmişdir.

Saatlı rayon 2 saylı orta məktəbdə və Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirlərdə gənc qızlar iştirak etmişdir. Tədbirlərdə iştirakçılara mövzu haqqında məlumat verilmiş, ailə planlaşmasında qadın və kişinin üzərinə düşən vəzifələr barədə danışılmışdır. Ailədə tərəflərin bir-birilərinin fikrinə hörmətlə yanaşmalı olması vurğulanmış, gənc qızlara erkən nikahın qurbanı olmamaları məsləhət görülmüşdür.

Tədbirin sonunda mövzu ətrafında qızlarla maraqlı müzakirələr aparılmışdır.