Sabirabad rayonunun Heydər Əliyev Mərkəzində “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi”nə dair tədbir keçirilib

16 mart 2017

Paylaş:

16 mart 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqı tərəfindən Sabirabad rayonunun Heydər Əliyev Mərkəzində “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi”nə dair tədbir keçirilib.

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın  10.2-ci bəndinə (“Müxtəlif hədəf qrupları, o cümlədən dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış üzrə təhsil-tədris proqramlarının hazırlanması, təlim və treninqlərin keçirilməsi, belə təşəbbüslərin dəstəklənməsi“) əsasən təşkil edilən təlimdə təhsil, sosial müdafiə və digər sahələrdə çalışan dövlət qulluqçuları, həmçinin üç hədəf rayonundan olan qadın fəallar (Qadın Resurs Mərkəzinin üzvləri) arasında üzbəüz görüş və sosial media platformaları vasitəsilə şəbəkələşmə  sistemi açıqlanıb.

Təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elgün Səfərov çıxış edərək qadın hüquqlarının müdafiəsi, sosial medianın mənfi və müsbət təsiri, ələtlərin və mexanizmlərin tətbiqi və digər məsələlər haqqında ətraflı məlumat verib. Təlim çərçivəsində media və marketinq qaydaları, qadın hüquqlarının müdafiəsi, liderlik keyfiyyətlərin inkişaf etdirilməsi və digər sahələrdə iştirakçılara məlumatlar çatdırılıb.

Təlim qrup işləri, müzakirələr və sual-cavablarla yekunlaşdırılıb.