İnsan Hüquqları Aylığı

25 may 2014

Paylaş:

Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Bununla əlaqədər olaraq, 2014-cü il 18 may -18 iyun tarixlərində Uşaq və Ailələrə Dəstək Mərkəzlərində İnsan Hüquqları Aylığı keçirilmişdir. Aylığın məqsədi insan hüquqları sahəsində əldə edilmiş nailiyyətləri, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirmək və İnsan hüquqlarını təmin etməkdir.

Bu ay çərçivəsində, Komitə nəznində fəaliyyət göstərən bütün Uşaq və Ailələrə Dəstək Mərkəzlərində əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda müxtəlif maarifləndirmə tədbirləri və müzakirələr təşkil olunmuşdur. Mərkəzlərdən  bəhrələnən uşaqların  iştiraki ilə mövzu ilə bağlı səhnəciklər təşkil olunmuş,  rəsm müsabiqələri keçirilmişdir. Həmçinin,  məktəblilər arasında insan  alveri, qender bərabərliyi, məişət zorakilığı, uşaq hüquqları və s. mövzular  ətrafında  söhbətlər aparılmış, insan hüquqlarının daha səmərəli təmini ilə əlaqədar fikirlər və təkliflər söylənilmişdir.

Tədbirlərdə yerli icra hakimiyyətlərin və qeyri-hökumət təşkilatların nümayəndələri, təshil və səhiyyə işçiləri, ümümlikdə  250-dən çox insan iştirak etmişdir.