“Hüququnu bil” və “Narkotiklərə YOX deyək!” mövzularında maarifləndirici tədbir keçirildi
Paylaş:
İyunun 9-da Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi M.Müşfiq adına 4 saylı şəhər tam orta məktəbdə “Hüququnu bil” və “Narkotiklərə YOX deyək!” mövzularında maarifləndirici tədbir keçirmişdir.
Tədbirdə iştirak edən yuxarı sinif şagirdlərinə əvvəlcə narkomaniya və onun yaratdığı fəsadlar haqqında maarifləndirici məlumat verilmiş, sonra isə mövzuya dair video çarxlar nümayiş olunmuşdur.
“Hüququnu bil” adlı tədbirdə uşaqlara Uşaq Hüquqları Konvensiyası, onların sahib olduğu təhsil almaq, sağlam böyümək, müdafiə olunmaq, fiziki, psixoloji və bütün istismarlara qarşı qorunma kimi hüquqları barədə məlumat verilmişdir.