Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Qəbələ rayon Peşə məktəbində narkomaniya və onun fəsadları mövzusunda maarifləndirmə tədbiri keçirilib

19 aprel 2017

Paylaş:

19 aprel tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, Rayon Polis şöbəsinin inspektoru, həkim-psixiatr, peşə məktəbinin müəllim və tələbə heyətinin iştirak ilə tədbir keçirilib. Tədbirdə iştirakçılara narkomaniyanın cəmiyyətə vurduğu zərər, onunla mübarizə yolları, narkotik maddələrin istifadəsi və onların qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbləri, narkomaniyanın insan orqanizminə məhvedici təsiri, narkomaniyaya düçar olmuş şəxslərin müalicəsi, erkən müalicənin labüdlüyü, narkomaniyanın insan psixologiyasında və ailə həyatında yaratdığı fəsadlar barədə ətraflı məlumat verilib. Tədbirdə narkomaniyanın insan həyatına vurduğu zərəri daha dolğun çatdırmaq üçün video çarx nümayiş olunub və gənclər sağlam həyat tərzi yaşamağa, asudə vaxtlarını səmərəli keçirməyə səslənib.