Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir təşkil edilib

1 iyun 2016

Paylaş:

“1 İyun uşaqların müdafiəsi günü”nə həsr olunmuş Zaqatala Uşaq və Ailələrə Dəstək mərkəzinin və müvafiq qurumların iştirakı ilə təşkil edilmiş tədbirdə rayonun aztəminatlı ailələr iştirak ediblər. Tədbirdə məruzəçilər tərəfindən “Uşaqlar bizim gələcəyimizdir”, “Uşaqları qoruyaq”, “Sağlam gələcəyimiz üçün sağlam övladlar böyütməliyik” mövzularında  çıxışlar edilib. Mərkəzə edilən müraciətlər əsasında 54 uşaq üçün hazırlanmış doğum haqqında şəhadətnamələr ailələrinə təqdim edilib.