İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi 05-07 iyun tarixlərində ölkənin regionlarını təmsil edən vətəndaş cəmiyyəti üzvləri üçün üçgünlük təlim keçirib

13 iyun 2014

Paylaş:

“Regionlarda ərzaq təhlükəsizliyi problemlərinin qiymətləndirilməsi və monitorinqi sahəsində vətəndaş cəmiyyətinin baracıqlarının artırılması” adlı təlimin keçirilməsində məqsəd region QHT-lərinin və mətbuatının diqqətini ərzaq təhlükəsizliyi problemlərinə yönəltmək, problemin qiymətləndirilməsi və monitorinqi sahəsində onların bilik və bacarıqlarını artırmaq olub.  

Təlimə Mingəçevir, Balakən, Zaqatala, Qazax, İmişli, Neftçala, Şəki, Ağdam, Bərdə, Masallı rayonlarını təmsil edən 15 vətəndaş cəmiyyəti üzvü – QHT nümayəndələri və media təmsilçiləri qatılıb.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin layihə koordinatoru Rövşən Ağayev təlimin məqsədi barədə qısaca məlumat verib və qeyd edib ki, təlim iştirakçıları ilə layihənin növbəti mərhələrində əlaqə saxlanılacaq və onların təlimdən əldə etdikləri biliklərdən regionlarda araşdırma aparmaq üçün istifadə ediləcək.

Oxfam təşkilatının proqram rəhbəri Orxan Əliyev layihə barədə məlumat verərək layihənin məqsədini, hədəflərini, nəticələrini və fəaliyyətlərini iştirakçıların diqqətinə çatdırdı.

Təlimin 1-ci sessiyası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  ekspertləri tərəfindən aparılıb.

Əvvəlcə Komitənin eksperti Aynur Veysəlova “Gender sahəsindəki elmi araşdırmalar” mövzusunda təqdimat edib. Təqdimat çərçivəsində iştirakçıların gender həssaslığını artırmaq, kənd təssərüfatının və ərzaq təlükəsizliyinin gender aspektlərini birgə araşdırmaq, bu istiqamətdə uğur və perspetivləri müzakirə etmək məqsədi daşıyıb. Təlimdə qrup çalışmaları (“kişi işi” və “qadın işi”), gender əsaslı əmək və vəzifələr bölgüsü üzrə” beyn həmləsi, ərzaq təhlükəsizliyi və gender yanaşması üzrə “üç ailə” oyunu aparılıb.

Komitənin Hüquq şöbəsinin müdiri Taliya İbrahimova “Gender bərabərliyi və məişət zorakılığı sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq öhdəlikləri”  mövzusunda tədimat edib. Təqdimatçı gender bərabərliyinin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə, qadınların əmək hüquqları və onun həyata keçirilməsində təminatlara, Beynəlxalq Əmək Təşkilatının ailə öhdəliyi olan işçilərlə bağlı konvensiyalarına toxunub. Təlimçi həmçinin gender əsaslı zorakılıq, beynəlxalq və milli səviyyədə cinsi ayrı-seçkilikdən müdafiə mexanizmlərini, məişət zorakılığının anlayışı, məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi, sosial və qabaqlayıcı xarakterli tədbirləri iştirakçıların diqqətinə çatdırıb.

Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov təlim iştirakçılarına “Gender bərabərliyi. Ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması və kənd təsərrüfatı sahəsində gender aspekti”mövzusunda təqdimat edib.Təlimin əsas məqsədini nəzərə alaraq, ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması sahəsində kənd təsərrüfatında qadınlar və kişilər üçün nəinki eyni hüquqların təmin edilməsindən, xüsusilə də bərabər imkanların yaradılmasından təlimçi tərəfindən izah edilib.

Mövzunun 2-ci hissəsində kənd təsərrufatında, ərzaq təhlükəsizliyində kişi və qadınların bərabərliyinin təmin edilməsi məqsədilə beynəlxalq və daxili təcrübə haqqında bəhs edilib. Təlimçinin təqdimatında Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Avropa İttifaqının və gender bərabərliyinin təmin edilməsi sahəsində müsbət təcrübəyə malik olan dövlətlərin fəaliyyəti əks olunub.

Mövzu çərçivəsində medianın gender bərabərliyinin, gender əsaslı və məişət zorakılığının işıqlandırılmasında konfidensiallıq prinsipinin qorunması sahəsi üzrə təlim iştirakçılarına məlumat verilib.

Təlimin 2-ci sessiyası Rasional İnkişaf Uğrunda Qadınların Cəmiyyəti təşkilatının sədri Şəhla İsmayıl tərəfindən aparılıb. Təlimçi ilk öncə “Gender və Təqdiqat: məqsədlər, metodlar,meyarlar”  mövzusunda təqdimat edib.

Daha sonra “Genderə həssas təhlil və statistik məlumatlar” mövzusu iştirakçılarla müzakirə edib.

Sonda  “Yerli kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində genderə həssas təhlil, indikatorlar və balanslaşdırma”  mövzusunda təqdimat edib. Yerli kənd təsərrüfatı və ərzaq təhlükəsizliyisahəsində gender bərabərliyi müstəvisində çətinliklər və imkanlar mövzusunda qrup işi aparılıb.

Təlimin ikinci günü – iyunun 6-da müstəqil ekspet Tamerlan Rəcəbovtərəfindən bir sıra mövzularla bağlı təqdimatlar olub. Təlimçi iştirakçılara tədqiqatlar, onların metodlarını və  praktiki əhəmiyyətini izah edib. Təlimin növbəti hissəsində fərqli tədqiqat metodlarında məlumatın toplanması yolları öyrədib. Növbəti təqdimatda məlumatın toplanması qaydası, önəmli məqamlar, etik anlayışlar və  keçmişdən öyrənilmiş dərslərə nəzər yetirilib.

Təlim iştirakçıları ilə bir sıra praktiki məşğələlər aparılıb. Onlardan biri də toplanmış məlumatın təhlili ilə bağlı olub.

Təlimin sonuncu günü – iyunun 7-də müstəqil ekspet Tamerlan Rəcəbov təqdimatı əsasında təlim iştirakçılarına tədqiqatın dizaynı üzərinə biliklər əldə ediblər. İştirakçılar 3 qrupa bölünərək tədqiqat layihəsinin yazılmasını təşkil ediblər.

Ərzaq təhlükəsizliyi sahəsində tədqiqatların aparılması iştirakçıların növbəti tapşırığı olub.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Xatırladaq ki, təlim İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin Avropa Birliyi və Böyük Britaniyanın Oksfam təşkilatının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda Milli Strategiya və kiçik istehsal vasitəsi ilə ərzaq təhlükəsizliyinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil edilib.