“Zərərli vərdişlərə Yox deyin” adlı maarifləndirici görüş təşkil olunub
Paylaş:
İyunun 8-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Zərdab rayon 1 saylı liseydə “Zərərli vərdişlərə Yox deyin” adlı maarifləndirici görüş təşkil olunub.
Görüşdə məktəblilərə narkotik maddələrin insan orqanizminə və psixologiyasına zərəri barədə məlumat verilib, maarifləndirmə materialları təqdim olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi