Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Uşaq Hüquqları Konvensiyasına” həsr olunmuş tədbir keçirilib
Paylaş:
Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 7 aprel tarixində Saatlı rayonunun Bəylər kəndində tədbir keçirilib. “Uşaq Hüquqları Konvensiyasına” həsr olunmuş tədbirdə Bəylər kənd orta məktəbinin ibtidai sinif şagirdləri iştirak edib. Tədbirdə iştirakçılara “Uşaq Hüquqları Konvesiyasının” nə vaxt qəbul olunduğu haqqında məlumat verilib, sonra Konvensiyaya daxil olan 54 maddə və uşaqların inkişaf, yaşamaq, müdafiə, iştirak hüquqları barədə söhbət açılıb.