Göygöldə “Vətənimizi tanıyaq ” adlı tədbir keçirilmişdir
Paylaş:
İyul ayının 27-də Göygöl UADM-də “Vətənimizi tanıyaq” adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Mərkəzin xidmətlərindən bəhrələnən uşaqlar və valideynləri iştirak etmişdir.
Tədbirdə bölgələrimiz haqqında uşaqlarla geniş müzakirələr aparılmış, xüsusilə də Göygölün tarixi, sosial-iqtisadi inkişafı haqqında ətraflı məlumat verilmişdir. Mərkəzin işçi heyətinin bu mövzuda hazırladıgı videoçarxlar uşaqlara təqdim olunmuşdur. Videoçarx uşaqlar və valideynlər tərəfindən maraqla izlənilmişdir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi