İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi Rayon Təhsil şöbəsi ilə birlikdə məktəb psixoloqları üçün seminar təşkil etmişdir

3 mart 2016

Paylaş:

Martın 4-də İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi Rayon Təhsil şöbəsi ilə birlikdə məktəb psixoloqları üçün seminar təşkil etmişdir. Seminarda məktəb psixoloqları, rayon İcra Hakimiyyətinin psixoloqu və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin işçiləri iştirak edirdilər. Seminarda məktəb psixoloqlarının qarşısında duran vəzilərdən danışıldı, uşaqlarda davranış pozuntularının korreksiyası, qorxu, təşviş, ünsiyyətdə çətinliklərin aradan qaldırılması ilə bağlı bilgilər iştirakçılar ilə paylaşıldı. Söhbət geniş müzakirələrə yol açdı. Tədbirdə məktəbə erkən yaşda gedən uşaqlarda yaranan fəsadlar və onların aradan qaldırılması yolları barədə  geniş məlumat verildi.