Uşaq və Ailələrə Dəstək Mərkəzləri 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbirlər keçirib

1 iyun 2017

Paylaş:

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri uşaqlar üçün əyləncəli bayram tədbiri təşkil ediblər.

Tədbirlərdə uşaqlar hazırladıqları səhnələri nümayiş etdirib, şeirlər, nəğmələr söyləyiblər, eyni zamanda uşaqların əl işlərindən ibarət sərgi nümayiş olunub. Tədbirlər çərçivəsində uşaqlar üçün hazırlanmış konsert proqramına baxılıb.

Uşaqlara 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi barədə məlumatlar verilib. Sonda onlara bayram münasibəti ilə hədiyyələr təqdim olunub.