Uşaq və Ailələrə Dəstək Mərkəzlərin sosial işçiləri üçün təlim

12 iyun 2014

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən  Uşaq və Ailələrə Dəstək Mərkəzlərdə çalışan əməkdaşların bilik və bacarıqlarının, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədi ilə, Komitə, Kontrapakt İnternational  təşkilatı ilə birlikdə, Mərkəzlərin sosial işçiləri üçün “Ailələrin qiymətləndirilməsi və fəaliyyət Planının tərtibi” mövzusunda təlim təşkil edir.   Təlim 2-8 iyun 2014-cü il tarixlərində Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilir.Təlimdə Şüvələn, Sabirabad, Hacıqabul, Zərdab və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin sosial işçiləri iştirak edirlər.