“Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans çərçivəsində II və III sessiyalar keçirilib
Paylaş:
25 aprel tarixində keçirilən “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” adlı konfrans müddətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın moderatorluğu ilə “Qadın sahibkarlığının inkişafında yeni meyllər: müsbət tendensiyalar, təşəbbüslər və qazanılmış təcrübə” mövzusunda II sessiya keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək, mövzunun mahiyyətini çıxışçıların diqqətinə çatdırıb.
Müzakirədə iştirak edən “Azərbaycanın 100 işgüzar xanımı” təşkilatının sədri Tatyana Mikayilova, Amerika Ticarət Palatasının icraçı direktoru Natavan Məmmədova, Belarusiya Respublikasının “Sutoria” ayaqqabı emalatxanasının direktoru Maryna Shalima, Qırğızıstan Respublikasının Əmək və Sosial İnkişaf Nazirliyinin baş mütəxəssisi Zhupueva Aidana, Bakı Tekstil Fabrikinin direktoru Səkinə Babayeva, İsveç Winnet (qadın və sahibkarlıq üzrə milli resurs mərkəzi) şirkətinin vitse prezidenti Anu Majkvist, Koreya Republikasının Estrella Beynəlxalq Şirkətinin prezidenti Kim Hyun Suk, Əczaçılıq Anbarı, Naxçıvan şəhəri, Naxçıvan MR Xəstəxanası Jalə Allahverdiyeva çıxışlar edərək mövzu ətrafında fikirlərini bildiriblər.
“Maarifləndirmə qadınların iqtisadi asılılığının aradan qaldırılmasında, mövcud stereotiplərin ləğvində əsas amil kimi” mövzusundakı III sessiyada Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva, Koreya Respublikasının Jablemedi Şirkətinin direktoru Jin Saerom, Sahibkar Qadınlar İctimai Birliyinin sədri və “Qızıl əllər” müəssisəsinin rəhbəri Zemfira Ağayeva, Neftçala rayon icra başçısının müavini Gültəkin Sadıqova, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov çıxışlar edərək, həm öz təcrübələrini bölüşüblər, həm də öz təkliflərini diqqətə çatdırıblar.
Qadınların bir yerə toplaşıb müzakirələr apara bilmələri üçün xüsusi klubların, assosasiyaaların yaradılması, qadınların bir-biriləri ilə həmrəy olmalarının vacibliyi, onların texniki, texnoloji sahələrə yönəldilməsi kimi fikirlər qeyd olunub.
Konfransın sonunda I, II və III sessiyaların nəticələri və yekunları müzakirə olunub.