Region qadınlarının ictimai-siyasi fəallığının daha da artırılması istiqamətində iş davam etdirilir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yeni Azərbaycan Partiyası (YAP) ilə birgə Azərbaycan Respublikasının regionlarında bələdiyyə seçkiləri ərəfəsində qadınların ictimai-siyasi fəallığının daha da artırılması məqsədilə regional görüşlər keçirir.
İyulun 31-də İmişli şəhərindəki Gənclər Mərkəzində keçirilən regional görüşdə Ağcabədi, Sabirabad, Beyləqan, Saatlı, Cəbrayıl və İmişli rayonlarını təmsil edən fəal qadınlar iştirak etdilər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova tədbirdə dövlət qadın siyasətinin əsas istiqamətləri və qarşıdan gələn bələdiyyə seçkilərində qadınların fəallığının artırılması haqqında ətraflı məlumat verdi. Sədaqət Qəhrəmanova bildirdi ki, bu tədbir bələdiyyə seçkilərində qadınların elektoral fəallığının yüksəlməsi, onların bələdiyyə üzvü olmaq üçün seçkilərə namizəd kimi qatılması dövlət qadın siyasətinin əsas istiqamətlərindən birinə-qərar qəbuletmədə qadınların təmsilçiliyinin artırılmasına və gender bərabərliyinin təmin olunmasına xidmət edir.
Görüşdə İmişli rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Cabbarova, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatı qadınlar şurasının üzvü Gözəl Səfərova, Sabirabad rayonu Qaratəpə kənd bələdiyyəsinin sədri Fatma Hüseynova, Beyləqan rayonundan Lamiyə Əliyüva, Saatlı rayon bələdiyyəsinin üzvüSimuzər Rəcəbova, Cəbrayıl rayon İcar Hakimiyyəti başçısının müavini Fəridə İbayeva çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşdülər.