Nərimanov rayonunda uşaq əməyi ilə bağlı sonunu təlim keçirilmişdir
Paylaş:
Komitə tərəfindən 3 sentyabr 2014-cü il tarixində Nərimanov rayonunda uşaq əməyi ilə bağlı Dövlət Əmək Müfəttişliyinin regional nümayəndələri, yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları, yerli icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının əməkdaşları üçün keçirilmişdir.
Təlimdə Nərimanov, Səbail, Nəsimi, Yasamal, Xətai, Binəqədi, Sabunçu, Suraxanı, Cəbrayıl rayonları üzrə əmək müfəttişləri, polis inspektorları, icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının əməkdaşları iştirak etmişlər.
Təlim zamanı Komitənin Uşaq Problemləri şöbəsinin əməkdaşları- Pərviz Əliyev və Fərid Ədilov uşaq əməyinin istismarı ilə mübarizədə beynəlxalq konvensiyalar, ölkə qanunvericiliyi, həmçinin problemin aradan qaldırılması istiqamətində beynəlxalq təcrübə ilə bağlı təqdimatlar etmiş, problemlə bağlı müzakirələr aparılmış, təlim iştirakçıları mövzu ilə bağlı öz təklif və tövsiyələrini bildirmişdir.Начало формы