Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Ağcabədi rayonunda vətəndaşları qəbul etmişdir
Paylaş:
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 10 aprel 2015-ci il tarixində Tərtər, Füzuli, Bərdə, Goranboy, Ağdam, Laçın, Xocalı rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qəbuldan öncəAğcabədi rayonunun fəal qadınları ilə görüş keçirilmişdir.
Qəbulda bu rayonlardan olan 11 ailə oz problemləri ilə bağlı müraciət etmişlər. Vətəndaşları qəbul edən Komitə sədri onların problemlərini dinləyərək, bir çoxunun elə yerindəcə həll edilməsinə nail olmuşdur. Bu müraciətlər arasında qadın hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlr yer tutur. Eyni zamanda, Komitəinin fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.