Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri Helen Klarkla görüşdü
Paylaş:
Oktyabrın 1-də Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri Helen Klarkla görüşü keçirilmişdir.
Komitənin sədri Hicran xanım Hüseynova ailə, qadın və uşaq istiqamətində həyata keçirilən dövlət siyasəti və onun müsbət nəticələri ilə bağlı ətraflı məlumat vermişdir.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri Helen Klark Azərbaycanda bu sahədə aparılan işləri və Komitənin fəaliyyətini yüksək qiymətləndirdi.
İşgüzar və səmimi şəraitdə keçən görüşdə tərəflər arasında əməkdaşlığın davam etdirilməsi və daha da genişləndirilməsi qərara alınmışdır.