Küveyt Dövlətinin İdeal Ailə Cəmiyyətinin üzvləri ilə rəsmi görüş

3 oktyabr 2014

Paylaş:

3 Oktyabr 2014-cü il  tarixində  Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində sədr Hicran Hüseynovanın Küveyt Dövlətinin İdeal Ailə Cəmiyyətinin sədri xanım Sheikha Al-Ahmad Al-Jaber Al-Sabah və digər qonaqlar ilə rəsmi görüşü keçirilmişdir.

Görüşdə ailə,qadın və uşaq problemlərinin həlli sahəsində təcrübə mübadiləsi və  ikitərəfli əlaqələrin genişləndirilməsi müzakirə edilmişdir. Görüşün  əsas məqsədi  Küveytdən gəlmiş nümayəndə heyyəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əsas vəzifələri, beynəlxalq əməkdaşlıq sahəsində təcrübəsi, qadın hüquqlarının həyata keçirilməsini təmin etmək məsələləri üzrə Komitənin əsas fəaliyyət istiqamətləri ilə yaxından tanış olmaqdır. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsinin sədri Hicran Hüseynova  qonaqları salamladı Komitənin  fəaliyyəti  sahəsindən məlumatlandırdı. O cumlədən  Azərbaycanda ailə, qadın və uşaq siyasəti sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verən Komitə sədri sözügedən sahədə həyata keçirilən layihələr haqqında da qonaqları məlumatlandırmışdı.

Sonra çıxış üçün söz Küveyt Dövlətinin İdeal Ailə Cəmiyyətinin sədri xanım Sheikha Al-Ahmad Al-Jaber Al-Sabah verildi. Daha sonra isə digər qonaqlar öz fikirlərini bildirdilər.