Sosial tərəfdaşların dəstəyi ilə xeyriyyə aksiyaları təşkil edilib

14 fevral 2024

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən sosial tərəfdaşların dəstəyi ilə mütəmadi olaraq müxtəlif xeyriyyə aksiyaları təşkil edilir.

Növbəti belə aksiya Şüvəlan, Hacıqabul və Ağdam UADM-ləri tərəfindən həyata keçirilib. “AzInTelecom” MMC-nin dəstəyi və “GİD CSR Consulting” şirkətinin təşkilatçılığı ilə mərkəzlərin benefisiarlarına eşitmə cihazları hədiyyə olunub.