Fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür
Paylaş:
Günün əsas hədəfi 2030-cu ilə qədər dayanıqlı inkişafa nail olmaq üçün sağlamlıq, iqlim dəyişikliyi istiqamətlərində fəaliyyət göstərən istedadlar yetişdirməkdir.
Bu günün qeyd olunmasında məqsəd qadın və qızların elmi və texnoloji sahələrdə rolunu, həmçinin onların elmin sahələrinin inkişafında iştirakını gücləndirməyin vacibliyini göstərməkdir.
Bu əlamətdar gün 2024-cü ildə “Elmdə qadınların və qızların liderliyi, davamlılıq üçün yeni dövr” mövzusuna və “Elmi düşün... Sülhü düşün” altmövzusuna həsr olunub.