2014-cü il 5 noyabr tarixində Cenevrə şəhərində BMT- in Avropa İqtisadi Komissiyasının Mərkəzi Asiya ölkələrinin Xüsusi Proqram çərçivəsində “Gender və İqtisadiyyat” üzrə İşçi Qrupunun iclası keçirilmişdir

19 may 2014

Paylaş:

BMT-nin Avropa İqtisadi Komissiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə, iqtisadi-inkişaf sahəsində qadınların səlahiyyətlərinin təşviqinə yönəlmiş iqtisadi siyasətin və təcrübənin həyata keçirilməsi, onlar üçün müvafiq iqtisadi və biznes mühitinin yaradılması, qadın sahibkarlarının bilik və bacarıqlarından mükəmməl istifadə olunması haqqında geniş müzakirələr aparılmışdır.

İclasa sədrlik edən  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova, ilk öncə tədbirin keçirilməsində BMT-nin Avropa İqtisadi Komissiyasına öz təşəkkürünü bildirmişdir. Daha sonra dünyada, həm də Azərbaycanda geniş vüsət alan qadın sahibkarlığının iqtisadi inkişafın artmasında, yeni iş yerlərinin yaradılmasında öz töhfələrini verməkdən söz açdı.

 Bundan başqa, BMT- in Avropa İqtisadi Komissiyasının  Mərkəzi Asiya ölkələrinin Xüsusi Proqram çərçivəsində “Gender və İqtisadiyyat” üzrə İşçi Qrupunun sədri olaraq Hicran Hüseynova, qadınların iqtisadi potensialını reallaşdırmaq məqsədilə 2013-2014-cü illərdə bölgəmizdə Xüsusi Proqram çərçivəsində Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatının inkişafı üçün sahibkar qadınların iştirakı ilə iki forumların keçirilməsi barədə və gələcəkdə də belə forumun respublikamızda təşkil olunacağı barədə məlumat vermişdir.

Sonda forum çərçivəsində gələcəkdə əməkdaşlıq üçün bazanın möhkəmləndirilməsi, səmərəli dialoq və təcrübə mübadiləsinin aparılması üçün geniş miqyaslı tədbirlərin həyata keçirilməsi barədə fikirlər söylənildi.