Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Qazax və Şəmkir rayonlarından olan qadın seçicilərlə görüşüb
Paylaş:
Qadınların seçkilərdə fəallığının yüksəldilməsi məqsədilə keçirilən görüşlərdə 109 saylı Qazax seçki dairəsinin nümayəndəsi Vüqar Eyyubov, 101 saylı Samux-Şəmkir seçki dairəsinin 42 saylı seçki məntəqəsinin sədri Ruhiyyə Rəfiyeva, “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva iştirak ediblər.
Görüşlərdə qadınlara səsvermə proseduru, seçki sistemi, seçkilər zamanı önəmli olan zəruri hüquqi məsələlər barədə məlumatlar çatdırılıb.
Çıxış edənlər ilk dəfə ölkəmizin suverenliyi tam bərpa olunmuş bir şəraitdə keçirilən Prezident seçkilərində qadınların aktiv iştirak etməsinin vacibliyini qeyd ediblər.
Sədr müavini S. Qəhrəmanova çıxış edərək, Azərbaycan qadınlarının ökənin ictimai-siyasi həyatında daim aktiv olduğunu qeyd edib. O, hər kəsi fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində fəal iştirak etməyə çağırıb.