Dövlət Komitəsi və Mərkəzi Seçki Komissiyasının əməkdaşlığı çərçivəsində regionlarda keçirilən silsilə tədbirlər davam edir

26 yanvar 2024

Paylaş:

Qadınların seçki prosesinə fəal cəlb edilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mərkəzi Seçki Komissiyasının əməkdaşlığı çərçivəsində regionlarda keçirilən silsilə tədbirlər davam edir

2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində qadınların seçki hüququ barədə məlumatlılıq səviyyəsinin artırılması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Qəbələ, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə keçirilən maarifləndirmə tədbirlərində qadınlara səsvermə proseduru, seçki sistemi, seçkilər zamanı önəmli olan zəruri hüquqi məsələlər barədə məlumatlar çatdırılıb.

Tədbirlər zamanı seçicinin hüquq və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan prosedur qaydaları haqqında geniş müzakirələr aparılıb, seçkinin ölkəmizin siyasi həyatında rolu vurğulanıb. Xüsusilə də Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılmasının dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olduğu qeyd edilib.

Tədbirlərdə icma üzvləri olan qadınlar, ilk dəfə səs verəcək gənc qızlar, Mərkəzlərin benefisiarları da olmaqla, 133 qadın iştirak edib.