Şabran və Qubada qadınlarla görüş keçirilib

2 fevral 2024

Paylaş:

2 fevral 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mərkəzi Seçki Komissiyası (MSK) ilə əməkdaşlığı çərçivəsində Şabran və Qubada qadınların seçkidə fəallığının yüksəldilməsi məqsədilə görüşlər baş tutub. 

Görüşlərdə Şabran-Xaçmaz Seçki Dairəsinin rəhbəri Saleh Təhməzov, 59 saylı Quba Dairə Seçki Komissiyasının sədri Mübariz Abbasov və katibi Feyzulla Abdullayev ərazi bütövlüyümüzün bərpası, eləcə də qazanılan böyük Zəfərdən sonra keçirilən ilk seçkinin ölkəmiz üçün əhəmiyyətini qeyd ediblər. Daha sonra görüş iştirakçılarına seçkinin prosedur və qaydaları haqqında məlumat verilib.

Çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, ölkməmizdə həyata keçirilən dövləq qadın siyasətindən,eyni zamanda qadınların hər sahədə olduğu kimi ictimai-siyasi aktivliyinin əhəmiyyətindən danışıb. O, qadınlarının hər bir ölkə vətəndaşı kimi seçici hüququndan istifadə edərək, 7 fevral növbədənkənar prezident seçkisində fəal olmağa çağırıb