Bahar Muradova vətəndaşları qəbul edib
Paylaş:
26 yanvar 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şabran rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib.
Şabran rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şabran və Xaçmaz rayonundan olan vətəndaşların ərizə və şikayətlərinə baxılıb.
Müraciət mövzuları qəyyumluğa götürülmə, mənzil şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma, alimentin ödənilməməsi və digər məsələlərlə bağlı olub. Qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müraciətlərin həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınaraq, aidiyyəti şöbələrin icraatına göndərilib.
Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.