Seçki prosesində qadınların iştirakının təşviqi ilə bağlı Sabirabad və Goranboyda da tədbir keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sabirabad və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı, dairə və məntəqə seçki komissiyalarının iştirakı ilə 2024-cü ilin fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində qadınların iştirakının təşviqi, seçki hüququ barədə məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılması məqsədilə maarifləndirmə tədbirləri keçirilib.
Seçkinin ölkə həyatındakı rolundan, qadınların siyasətdə iştirakının önəmindən, ölkəmizdə aparılan sosial islahatlardan danışılıb, iştirakçıların seçki ilə bağlı sualları cavablandırılıb.
Tədbirlərdə 101 nəfər iştirak edib.