20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib

20 yanvar 2024

Paylaş:

1990-cı il yanvarın 20-si Azərbaycan tarixinə həm faciəli günlərdən biri, həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb, xalqımızın milli müstəqillik və azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları və benefisiarları, məktəblilər bölgələrdə yerləşən Şəhidlər xiyabanlarını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda canlarını fəda edənlərin əziz xatirəsini ehtiramla yad ediblər.