20 Yanvar günündən 34 il ötür

19 yanvar 2024

Paylaş:

Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin sübutu olan 20 Yanvar günündən 34 il ötür.

20 Yanvar, əsarətdə yaşayan xalqın milli şüurunun oyandığı, öz azadlığı və suverenliyi uğrunda haqq səsini ucaldaraq, qəhrəmanlıq nümayiş etdirdiyi, müstəqilliyə gedən yolun başlandığı şərəfli bir tarixdir.

34-cü hüzn günündə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün Şəhidlərimizi hörmət və ehtiramla anırıq!