Regionlarda növbəti “açıq qapı” günü keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə 28 noyabr 2023-cü il tarixdə növbəti “açıq qapı” günü keçirilib.
“Açıq qapı” günü Ağdam rayonunun Əhmədağalı, Goranboy rayonunun Quşçular, Zərdab rayonunun Bəyimli, Zaqatala rayonunun Qandax kəndlərində səyyar şəkildə keçirilib, ümumilikdə 82 müraciət dinlənilib, onların həlli istiqamətində vətəndaşlara müvafiq dəstək göstərilib.
Qeydə alınan müraciətlərdə psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, uşaqla ünsiyyət, autizm sindromlu uşaqlar üçün xidmətlər, boşanma, aliment, müalicə, hüquqi yardım, övladlığagötürmə, sosial müavinətlər, məşğulluq, əlilliyi olan şəxslərə dəstək kimi məsələlər yer alıb. Eləcə də uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə Denver II qiymətləndirmə testi keçirilib.