“Qalib Ölkənin Qalibləri - 2023” adlı tədbir keçiriləcək

25 dekabr 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 26 dekabr 2023-ci il tarixində, saat 10:00-da “Four Seasons” otelinin “Rast” zalında cari il ərzində uşaq hüquqları, xüsusən də uşaqların inkişaf hüququ sahəsində səmərəli fəaliyyəti ilə seçilən uşaqların mükafatlandırılması məqsədilə “Qalib Ölkənin Qalibləri - 2023” adlı tədbir keçiriləcək.
Tədbirdə respublikanın bütün şəhər və rayonlarından fəallığı, xüsusi bacarıq və istedadı ilə seçilən, liderlik keyfiyyətlərinə sahib olan, eyni zamanda Uşaq Səfrilər Məclinin üzvləri və regional nümayəndələri də daxil olmaqla 100-ə yaxın uşaq iştirak edəcək.
İştirakçılardan 10 nəfər “Ən fəal layihə təşkilatçısı”, “Ən uğurlu layihə”, “Ən fəal təlimçi”, “Uğurlu beynəlxalq təmsilçilik”, “Mübariz ruh” adlı 5 nominasiya üzrə diplom, mükafat və hədiyyələrlə təltif olunacaq.
Mükafatlandırma mərasimi çərçivəsində müxtəlif nominasiyalara layiq görülmüş iştirakçıların uğurlarına dair videoçarxlar nümayiş etdiriləcək, eyni zamanda istedadlı uşaqların ifasında  musiqilər səsləndiriləcək.