“Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı-2023”ün təqdimat mərasimi keçiriləcək

10 oktyabr 2023

Paylaş:

“Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı-2023”ün təqdimat mərasimi keçiriləcək.  

Proqram çərçivəsində şəhid ailələrindən və aztəminatlı ailələrdən, həssas qrupdan olan, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan 54 qızın təhsilinə dəstək göstəriləcək.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Elm və təhsil naziri Emin Əmrullayev iştirak edəcək. 

Məqsəd cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək, xüsusilə də onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır.
2021-ci ildən həyata keçirilən layihə çərçivəsində 93 qızın təhsilinə dəstək göstərilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin, Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə  keçirilən mərasim 11 oktyabr 2023-cü il tarixində, saat 10:30-da Baku Marriott Hotel Boulevard hotelinin “Tağıyev” zalında baş tutacaq.

Tədbirin işıqlandırılmasına dəstək göstərilməsini xahiş edirik.